• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 07.06.2017 20:03

Tovuzda 61 yaşlı kişini ilan sancıb

KepezTV Player

Tovuz sakinini ilan sancıb. Hadisə rayonun Qovlar qəsəbəsində baş verib. 61 yaşlı Fazil Məmmədov özünə məxsus həyətdə işləyərkən ilan onun sol ayağından dişləyib. Kişi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Fazil Məmmədova ilan zəhəri əleyhinə zərdab vurulub, həkimlər vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Elnur Vahidoğlu