• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 07.06.2017 16:51

Açılışda 4 müxtəlif əyarlı medal

Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edir. Güləşçilərimiz ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 

42 kq çəkidə Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib. 50 kq-da yarışan Əsgər Əlizadə də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib.

Bürünc medalı isə yığmamıza 50 kq çəkidə Zaur Əliyev qazandırıb. 

Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.

Orxan Cəfərzadə