• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 07.06.2017 14:34

İmişlidə mal-qara oğruluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb

KepezTV Player

Belə ki, İmişli rayon Çaxırlı kəndindən olan bir neçə sakin polisə ərizə ilə müraciət edərək iribuynuzlu heyvanlarının oğurlandığını bildirib. Dərhal əməliyyat- axtarış işlərinə başlanılıb. Çox keçmədən oğurluğu etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Məlum olub ki, onlar Çaxırlı kəndi ərazisindəki örüş sahəsindən Şahin Əliyevə məxsus 2 baş, Şəmsəddin Mehdiyevə məxsus 1 baş, Bərxuda Ağayevə məxsus 1 baş, Əlniyaz Əliyevə məxsus 2 baş və Elxan Şirinova məxsus 1 baş iribuynuzlu heyvanı oğurlayıblar. Faktla bağlı araşdırma aparılır. Bu əməli törətməkdə şübhəli bilinən şəxslərin digər cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir. 

Etibar Cəbrayılov- İmişli RPŞ-nin istintaq bölməsinin müstəntiqi: “Cəbrayıl rayon sakinləri-Məmişov Fuad Polad oğlu, Həsənli Qalib İnqilab oğlu və Paşalı Arzu Əli oğlu qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək 27 may 2017-ci il tarixdə saat təxminən 15 radələrində İmişli rayonunun Çaxırlı kəndində yerləşən çöl otlaq sahəsindən cəmi 7 baş qara malı oğurlayıb, Məmişov Fuad Polad oğlunun idarə etdiyi “QAZ-53” markalı yük avtomobilinə yükləyərək Biləsuvar rayon mal bazarına aparıb, orada satmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşlar”.

Zülfiyyə Telımanqızı