Yevlax Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb. Mingəçevir şəhəri Qasımov küçəsində keçirilən əməliyyat zamanı Mingəçevir şəhər sakini Vüsal Səlimovun idarə etdiyi VAZ-21154 markalı minik avtomobili saxlanılaraq Yevlax Gömrük İdarəsinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan və yük yerindən xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37.000 ədəd müxtəlif markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 469