• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 07.06.2017 12:32

Arda Turanın milli karyerası bitti

Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeni vurmağa cəhd edən və onun ünvanına təhqirlər yağdıran 30 yaşlı yarımmüdafiəçi dünən milli komandadan uzaqlaşdırılıb.

Ulduz futbolçu bununla bağlı təşkil etdiyi mətbuat konfransında yığma karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, Arda Turanın milli komandadan kənarlaşdırılması barədə qərarı baş məşqçi Fatih Terim Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə Sloveniyada keçirdiyi toplantıdan sonra verib.

Arda 2002-ci ildən yığmanın formasını geyinirdi.

Orxan Cəfərzadə