ABŞ-ın aeronavtika üzrə milli idarəetmə və kosmik araşdırmalar mərkəzi NASA Günəşi araşdırmaq üçün unikal zond göndərməyi planlaşdırır. Solar Probe Plus ən parlaq ulduza indiyəqədər heç bir aparatın bacara bilmədiyi qədər yaxınlaşacaq. Avtomatik planetlərarası stansiyanın buraxılması növbəti ilin yayına təyin olunub. Zond günəş küləyinin mənbəyində strukturu və maqnit sahəsini müəyyən etməli, enerjinin səviyyəsini qiymətləndirməli, Günəş ətrafında olan plazma hissəciklərini öyrənməli və bir sıra elmi araşdırmalar aparmalıdır. Solar Probe Plus zondu hələ heç bir kosmik aparatda istifadə olunmayan dözümlü müdafiə qalxanı əldə edəcək ki, bu da ona Günəşin fantastik istiliyindən qorunmağa yardım edəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 270