Avropanın yeni maşınların qiymətləndirilməsi təşkilatı - Euro NCAP Skoda şirkətinin ən böyük krossoveri olan Kodiaqı kraş-testdən keçirib. Sınağın nəticəsinə əsasən, model təhlükəsizliyə görə ən yüksək qiyməti – 5 ulduzu qazana bilib. Sürücünün və böyük sərnişinlərin müdafiəsinə görə Skoda Kodiaq 35,3 xal əldə edib ki, bu da 92% nəticə deməkdir. Buna baxmayaraq, sürücünün döş qəfəsi təhlükə altındadır. Kodiaq azyaşlıların təhlükəsizliyinə görə 38,2 xal toplayıb, yəni 77 faiz. Eksperlər müəyyən ediblər ki, busterdə əyləşən 10 yaşlı uşağın boyun hissəsi yaxşı qorunmur. Krossover piyadaların müdafiəsinə görə, 71 faiz (30 xal), elektron köməkçilərə görə isə 54 faiz (6,5 xal) təhlükəsizliyi təmin edir. Kraş-testdə iştirak edən Kodiaq 2017-ci ilin maşınıdır. O, 150 və 180 at güclü benzin, həmçinin 150 at güclü 2 litrlik turbodizel motorla təchiz olunub. Skoda Kodiaqın çəkisi isə 1653 kiloqramdır.
Cavanşir Məmmədzadə
- Baxış: 306