• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 07.06.2017 10:35

Hyundaidan yeni yolsuzluq avtomobili: Kona

Koreyalılar yeni Hyundai Kona yolsuzluq avtomobilinin qısa videoçarxını paylaşıblar. Tizer daha əvvəl yayılan bütün şayiələri doğrulayıb. Belə ki, crossover həqiqətən “çoxmərtəbəli” baş və arxa optika, iri radiator barmaqlığı, əzələli təkər tağları və aqressiv bortlarla möhürlənib.  Hyundai-dan rəsmi məlumat yayılıb ki, bu, markanın modelləri arasında proyeksiyalı ekranla təmin olunan ilk maşındır. O, monitoru 8 düym diaqonallığında görüntü ilə təmin edir və yüksək səviyyədə parlaqlığa malikdir. Bu arada, ofroudun texniki detalları yenə də sirr saxlanılır.

Cavanşir Məmmədzadə