• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 07.06.2017 01:15

Göygöldə qaz balonu partlayıb, xəsarət alan var

KepezTV Player

Hadisə rayonun Qızılca kəndində qeydə alınıb. Kənd sakini 29 yaşlı Marifə Nəbiyeva yaşadığı evdə maye qaz balonundan istifadə etmək istəyərkən partlayış baş verib. Müxtəlif yanıq xəsarətləri alan qadın Gəncə şəhər TTYX-ya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.