Hələ həyatın enişini-yoxuşunu tam dərk edə bilməyən, talenin, qismətin sərt üzünü görməyə fürsət tapmayan, nəhayət məktəbə dərs oxumaq üçün gedən şagirdlərin qanlı olaylara qarışması doğrudan da çox üzücüdür. Çünki şagirdi adını daşıyırsa, deməli yeri dərs partasının arxası, və ya lövhənin önü olmalıdır. O, isə evdən məktəb üçün çıxıb, sonda xəstəxanaya düşdü. İndi hadisədən tam xəbər tuta biləcəksiniz
Paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 85 nömrəli orta məktəbdə qanlı hadisə baş verib. 11-ci sinif şagirdi dostu ilə arasında yaranan mübahisə zamanı bıçaqlanıb. Mübahisənin kökündə hansı səbəbin dayandığı bəlli deyil. Məktəbin müəllimləri bıçaqlanan şagirdin tərbiyəli uşaq olduğunu, xəsarət yetirənin kimliyini isə bilmədiklərini deyirlər.
Yaralı 3 saylı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
.Zülfiyyə Telmanqızı
- Baxış: 521