• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 06.06.2017 15:52

Daha bir Türkiyə klubu millimizin baş məşqçsi Robert Prosineçki ilə maraqlanır

Türkiyə mətbuatının yaydığı xəbərə görə, superliqa təmsilçisi  "Konyaspor" xorvatiyalı mütəxəssisi komandanın başına gətirmək istəyir.

Hazırkı baş məşqçi Aykut Kocamanın "Fənərbaxça"ya keçəcəyi gözlənildiyi üçün klub rəhbərliyi bu vəzifəyə Prosineçkini gətirməyi planlaşdırır. Onunla artıq danışıqlara başlanıldığı bildirilib. Xəbərdə baş məşqçi vəzifəsinə digər namizədlərin Tayfun Korkut və Dan Petresku olduğu iddia edilib.

Qeyd edək ki, Robert Prosineçki ilə "Bursaspor"un da maraqlandığı bildirilir.

 

Orxan Cəfərzadə