• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2265
— 06.06.2017 13:02

30 kq-a yaxın narkotik vasitə aşkar edildi

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə Lənkəran şəhər sakinləri Anar Əliyev və əvvəllər məhkum olunmuş Aşur Məhərrəmovun ölkəyə qanunsuz yollarla külli miqdarda narkotik vasitə keçirdikləri barədə əməliyyat məlumatı daxil olub. Hər iki şəxs Anar Əliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə birlikdə polis şöbəsinə gətirilib. Araşdırma zamanı aydın olub ki, Əliyev şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək satış məqsədi ilə ölkəyə külli miqdarda narkotik vasitə olan tiryək və heroinin dəniz yolu ilə gətirilməsini təşkil edib. Narkotik vasitələri Məhərrəmovla birlikdə əldə edəndən sonra Lənkəran rayonu Nərimanabad qəsəbəsində yol kənarında gizlədib. Həmin əraziyə baxış keçirilib və oradan içərisində 2 kiloqram 215 qram heroin, 24 kiloqram 75 qram tiryək və 9,351 qram metamfetamin olan çanta aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı