KepezTV Player
Şəmkir - Maşın kanalının Samux Qovlarsarı kəndi ərazisindən keçən hissəsində təxminən 25-30 yaşlarında olan kişi meyiti aşkarlanıb. Ehtimal olunur ki, həmin şəxs Şəmkir rayonu ərazisində batıb. Meyit axınla Samux ərazisinə gəlib. Cəsəd sudan çıxarılıb və müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib. Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, ilkin baxış zamanı meyitin üzərində heç bir zorakılıq aşkarlanmayıb. Onun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür. Faktla bağlı araşdırma davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 661