• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 06.06.2017 12:40

Dünyanın bir sıra yaşıl meydanlarında növbəti yoldaşlıq oyunları keçirilib

2018-ci il dünya çempionatına ev sahibliyi edəcək Rusiya səfərdə Macarıstanın qonağı olub. Oyunda hesab 20-ci dəqiqədə açılıb. Rəqib müdafiəsini alt-üst edən Fyodr Smolov şimal qonşumuzu irəli çıxarıb. 40-cı dəqiqədə fərq böyüyüb. Qapıların yerini səhv salan Marton Eppel qonaqları ikinci dəfə sevindirib. 89-cu dəqiqədə Dmitri Polazla rəqibi daha bir dəfə məyus edən ruslar səfərdə 3 cavabsız qolla qələbə qazanıb.

Günün digər bir maraqlı görüşündə Belçika evdə millimizin qrupdakı rəqibi Çexiyanı qəbul edib. Oyunun əvvəlindən rəqib qapısına yüklənən şeytanlar bir neçə vəziyyətdə qola yaxın olsa da, istəyinə 25-ci dəqiqədə çatıb. Batyuaşi sükutu pozaraq hesabı Belçikanın xeyrinə dəyişib. Ancaq meydan sahiblərinin qol sevinci 4 dəqiqə çəkib. Müdafiəçilərin səhvini  lazımınca dəyərləndirən Krmençik status-kvonu bərpa edib. Buna baxmayaraq Belçika ikinci hissədə qələbə topunu vura bilib. 52-ci dəqiqədə küncdən havalandırılan topu başıyla tora salan Fellaini oyunda son nöqtəni qoyub. 2:1 Belçikanın qələbəsi

 

Orxan Cəfərzadə