• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 06.06.2017 10:01

Nissan X-Trail yeniləndi

Nissan avtoistehsalçıları X-Trail yolsuzluq maşınını təzələyiblər. Premyera UEFA çempionlar Liqasının Final oyunu ərəfəsində baş tutub. Avropa versiyasına qədər modelin Çin və ABŞ versiyası təqdim olunmuşdu. Bu ölkələrdə krossover Rogue adlanır. Restaylinqə uğramış avtomobil 5 və 7 yerlik ola bilər. Yenini köhnədən ayırmaq üçün təzə bamperlərə, fərqli radiator barmaqlığına və tamamilə işıq diodlarına çevrilə bilən faralara diqqət etmək gərəkdir. Salon qızdırılan yeni sükan, qızdırılan arxa otrucaqlar və tamam başqa bölmələr əldə edib. Baqajın həcmi 5 yerlikdə 550-dən 565 litrə qaldırılıb. İkinci cərgədəki oturacaqları qatladıqda nəqliyyat vasitəsinin yük götürmə qabiliyyəti 1996 litə çatacaq. X-Trail qazandığı ProPILOT avtonom idarəetmə rejimi ilə digər nəqliyyat vasitələri ilə ara məsafəsini saxlayır, sükan idarəetməsinə  və akseleratora nəzarət edir. Krossover köhnə qitədə iki dizel motorla təklif olunur: 1,6 və 2 litrlik, müvafiq olaraq 130 və 177 at güclü. Motor qammasında 163 at güclü benzin mühərrik də var. Sonuncu yalnız mexaniki sürət qutusu və ön ötürücü sistemlə işləyə bilir.

 

Cavanşir Məmmədzadə