• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 06.06.2017 10:03

Motorola Z2 Play rəsmi təqdim olundu

Motorola şirkəti Moto Z Play smartfonuna əvəzləyici tapıb. Moto Z2 Play yaxın zamanlarda 499 dollara satışa çıxarılacaq. Apparat 5,5 düymlük Full HD AMOLED ekran, Snapdragon 626 prosessoru və Adreno 506 qrafikası, 3 ya da 4 Qb operativ, 32/64 Qb daxili yaddaş, həmçinin 12 və 5 mp-lik iki kamera ilə təchiz olunub. Qalınlıq 5,99 millimetr, batareya həcmi 3000 mAs təşkil edir. Qurğu Android Nougat 7.1.1 idarəetməsi ilə işləyir. Z2 Play ötən ilki modeldən həm nazik, həm yüngüldür, eləcə də daha çox həcmli operativ yaddaşa və nisbətən keyfiyyətli kameraya yiyələnib. Həcm isə 3510-dan 3000 mAs-a endirilib.

 

Cavanşir Məmmədzadə