• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 06.06.2017 00:03

Qonşu qonşuya dəstək deyil, köstək olub

KepezTV Player

Paytaxtın Sabunçu rayonu ərazisində döyülmə hadisəsi qeydə alınıb. Ərazidə məskunlaşan 42 yaşlı Vüqar Səfərovla qonşusu Cavid arasında yaranan mübahisə, Vüqarın döyülməsi ilə nəticələnib. Ağır xəsarətlər alan Vüqar xəstəxanaya çatdırılıb. Yaralını müayinə edən həkimlər onun bədəninin müxtəlif nahiyələrində balta və küt alətlə  yetirilmiş xəsarətlər aşkar ediblər.İşin araşdırılmasına başlayan Sabunçu rayon polis idarəsi əməkdaşları yaralının ifadəsini alıblar. Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayaraq istintaqa təhvil vermək üçün çalışırlar.