• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 05.06.2017 15:32

Gəncədə müəllim və ictimaiyyət nümayəndələri üçün "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda məruzə oxunub

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə ali və orta məktəb müəllimləri, kitabxana işçiləri və digər ictimaiyyət nümayəndələri üçün "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda məruzə oxunub. İştirakçılara ulu öndərin dövlətçilik sahəsində həyata keçirdiyi tədbirlər, dövlət siyasətinin prioritetləri, iqtisadi yenidənqurma işləri, post-neft dövründə aparılan iqtisadi addımlar barədə məlumat verilib. “İdeoloji, sosial və elmi maarifləndirmə” Proqramı çərçivəsində 2017-ci ilin 5-15 iyun tarixlərində Bilik Fondunun Lektorlar qrupu üzvləri tərəfindən bütün bölgələr əhatə olunmaqla analoji tədbirlər davam etdiriləcək.

Kərim Tahirov- Milli Kitabxananın direktoru: “Ulu öndərin kitab sevgisi, onun kitabın və kitabxanaların təbliği ilə, mədəni sərvətlərin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən bəhs olunacaq. Mütaliə edənlərin sayı ümumiyyətlə artıb. Amma ənənəvi kitab oxuyanların sayı azalıb. Amma bu gün 90-cı illərdə olmayan miqyasda elektron informasiya vasitələrindən istifadə olunur. Elektron kitablar və internetdən istifadə olunur. Bunları da üstə gəlsək mütaliəyə münasibət daha yaxşıdır”.

Jalə Qurbanova