• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2502
— 05.06.2017 17:22

Gəncə şəhərində motosiklet piyadanı vurub

Gəncədə piyadavurma faktı qeydə alınıb.  Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 67 yaşlı Suliddin Əhmədov yolu keçən zaman motosiklet onu vurub. Yaralı dərhal Gəncə Şəhər TTYX-nin Travmatologiya şöbəsinə çatdırılıb.  Tibb ocağından verilən məlumata görə, bədənin müxtəlif nahiyələrində sıyrıqlar olan yaralıya tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.