Bu günə xəbərlərin oxunma sayı: 962
— 05.06.2017 16:01

Şəmkirdə “Evdar xanımların sahibkarlığa cəlb olunması” mövzusunda 2 günlük seminarlara start verilib

KepezTV Player

Azərbaycan Respulikası Prezident yanında Qeyri- Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə Sahibkar Qadınlar İB-nın birgə təşəbbüsü ilə Şəmkirdə “Evdar xanımların sahibkarlığa cəlb olunması” mövzusunda 2 günlük seminarlara start verilib. Məqsəd bu sahəyə marağı olan gənc xanımları kiçik və orta biznes barədə məlumatlandırmaq, mövcud hüquqi baza ilə tanış etmək, eləcə də biznesdə maliyyənin məqsədyönlü xərclənməsinə istiqamətləndirməkdir. Təlimçilər tərəfindən iştirakçılara sahibkarlığın bölgədə mövcud potensialı, sərmayə mənbələri və biznesin qurulması yönümündə məlumatlar verilib. Qeyd olunub ki, son on ilə Azərbaycanda sahibkarlıqla məşğul olan qadınların sayı kifayət qədər artıb və bu tendensiya davam etməkdədir. Layihədən Gəncə şəhəri ilə yanaşı, Samux, Goranboy və Şəmkirin gənc xanımları da yararlanırlar.

Zemfira Ağayeva- “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: “Bu layihənin əsas məqsədlərindən biri də cəmiyyətimizdə çox yer tutan evdar xanımlarımızı işsizlik probleminin həll olunmasıdır. Əgər təlimdə iştirak edənlərdən bir neçəsi sahibkar olarsa o istənilən halda ətrafına bir neçə nəfər yığaraq fəaliyyətə başlayacaqdır. Bu proses də davamlı olacaqdır biznesdə. Bu da bölgədə qismən də olsa qadınların məşğulluğunun təmin olunmasına istiqamətlənəcəkdir”.

Xaliq Qurbanlı