• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 05.06.2017 10:59

Yeni Rolls-Royce Phantom modelinin tizeri göstərildi

Rolls-Royce şirkəti yeni Phantom modelinin tizerini göstərib. Rəsmi şəkildə avtomobil iyulda təqdim olunacaq. Görünüşə diqqət yetirildiyində maşının dizaynı öncəkindən o qədər də fərqlənməyəcək. Bu da təəccüblü deyil, çünki şirkət bu istiqamətdə həmişəki kimi mühafizəkarlığını qoruyur. Daha əvvəl xəbər yayılmışdı ki, yeni Phantom tamamilə alüminium platformadan hazırlanıb, bu da onun çəkisini xeyli azaldıb. Kapotun altında V12 aqreqatı qərarlaşıb. Deyilənə görə, yeni modelin bazara çıxmasından sonra hibrid versiya da ortaya çıxacaq.

Cavanşir Məmmədzadə