Tayvan şirkəti yaxın gələcəkdə böyük populyarlıq qazana biləcək yeni “ağıllı” elektroskuterini anons edib. Gogoro 2 Smartscooter-in dəyəri 1295 dollardır. Bu pula 6,5 kVt gücə malik mühərrik də daxildir ki, o da skuterə 50 km/saat sürəti 4,3 saniyəyə yığmağa imkan verir. Maksimal sürət isə 90 km/saatdır. Ehtiyat gediş 110 kilometrə bərabərdir. Skuterin yeni versiyası barmaq izlərini tanıyan skaneri olan mobil proqram da əldə edib.
Cavanşir Məmmədzadə
- Baxış: 326