Tamaşaçılar ilk dəfə 24 il əvvən tanış olmuşdu “Kəpəz Müstəqil Teleradio Şirkəti”adı ilə... Fərqli məkandan, fərqli simalar və fərqli hədəflərlə yayımlanırdı televiziyada hazırlanan verilişlər... İndi, geridə qalan 24 illik zaman kəsiyinə baxdıqda, hər şeyin dəyişdiyini görürük... Bu gün ARB Media Holdinqin bir hissəsi olaraq “ARB Kəpəz” kanalı günün tələblərinə cavab verən binada fəaliyyət göstərir. Şirkət müasir televiziya avadanlıqları ilə təchiz olunub. 2014-cü ildən ümumrespublika və peyk yayımında olan “ARB” televiziyasının yayım mərkəzi də məhz Kəpəz TV-də yerləşir.
“ARB Kəpəz” tamaşaçıları günü “İşgüzar” komandasının hazırladığı səhər proqramı ilə açır. İki saat ərzində izləyicilərə ən son, ən maraqlı və ən faydalı informasiyalar təqdim olunur. Özü də müxtəlif səpkili.
Hədəfimiz fərqlənməkdir, bunun üçünsə təbii ki, bütöv bir komanda çalışır. Hər səhər əksər departamentlərdə bu səhnə hökm sürür: gün ərzində görüləcək işlər planlaşdırlır, mövzular müəyyənləşdirilir, avadanlıqlar çəkilişlər üçün hazırlanır.
İş bölgüsü aparıldıqdan sonra isə müxbirlərimiz vaxt itirmədən çəkilişə yollanırlar...
Başqa bir studiyada isə efirə yayımlanacaq növbəti verilişin hazırlıqları gedir. 13.50 və efirdə “Hadisə”dir.
Biz yalnız kriminal olay və hadisələri yox, ölkə gündəmində yaşananları da diqqətdə saxlayırıq və baş verənləri operativ şəkildə tamaşaçılara tədqim edirik.
Bütün bunlar isə təbii ki, “Ölkə xəbər”də yaşanır, amma günün əsas xəbər buraxılışının başlamasına hələ var. Biz bu fürsəti dəyərləndirək və Xüsusi Layihələr departamentinə baş çəkək.
Sosial veriliş olan “Doğruya-Doğru”, intellektual proqram kimi tanınan “Piyada”, bilik yarışı olaraq illərdir efirdə yaymlanan “Zirvə” və uşaq verilişi “Dostlar” bu otaqda çalışan insanlar tərəfindən hazırlanır.
Əksəriyyət burdadır, bircə hər zaman olduğu kimi Samir Arifoğlu gözə dəymir. Aparıcımız adəti üzrə əlinə mikrafon alıb, intellektual insanların ovuna çıxıb deyəsən... Samir, işində olsun, biz isə “Ölkə Xəbər”in studiyasına tələsək... Saat 5-ə yaxınlaşır. ARB-nin efirində ölkənin bölgələrindən günün əsas xəbər buraxılışına az qalıb...
Xəbərlər Departamentinin studiyasından yayımlanan verilişlər “Hadisə” və “Ölkə Xəbər”lə yekunlaşmır. Respublikanın aqrar həyatında yaşananların əks olunduğu “Aqronom” da məhz bu studiyadan ekranlara çıxır.
Azərbaycanın ilk bölgə televisiyası kimi, ilk regional radiosu da məhz “Kəpəz” adı ilə bağlıdır. Zövqləri oxşayan musiqi, fərqli verilişlər və hər iki saatdan bir efirdə olan “Kəpəz xəbər” dinləyicilərə 93.3 MHz tezliyində təqdim olunur. Zövqün ritmini tutmaq istəyənlər – Regionun ilki – Kəpəz Fm-i dinləyir...
Təbii ki, bu inkişaf davam edəcək. “ARB Kəpəz” olaraq bundan sonra da tamaşaçıların zövqünü oxşayacaq verlişlər hazırlamağa, insanları maarifləndirməyə, ölkənin dörd bir yanından ən son məlumatları çatdırmağa davam edəcəyik...
Gün bitir... “Hadisə”nin gecəyarı buraxılışına dəqiqələr qalıb. Zülfiyyə Telmanqızı iki tarixin kəsişməsində tamaşaçıları salamlayacaq və günə yekun vuracaq...
“ARB Kəpəz-də isə iş yekunlaşmır... Taa səhərə qədər... Səhər saat 7-də isə hər şey yenidən başlayacaq... Yeni ümid, yeni sevinc, amma illərdir keçməyən efir həyəcanı və məsuliyyəti ilə...
Gülnar Fazilqızı
- Baxış: 2074