• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 05.06.2017 00:49

Gəncədə kütləvi dava olub, 2 nəfər bıcaqlanıb

KepezTV Player

Gəncədə kütləvi davada bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Aeroport yolunun kənarında  baş verib. Şəhər sakini 24 yaşlı Emin Rzayev alının sağ tərəfinin kəsilmiş yarası və onun xalası oğlu Goranboy rayonun Hazırəhmədli kənd sakini 27 yaşlı Elmir Rzayev isə sağ sarğı nahiyyəsinin kəsilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Yaralılara tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Onların bir qrup şəxslə aralarında düşən dava zamanı bıçaq xəsarəti aldığı  bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu