• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 04.06.2017 18:37

Sürücü traktorun təkəri altında qalaraq dünyasını dəyişdi

KepezTV Player

Şəmkirdə bədbəxt hadisə baş verib. Rayonun Posanlı yaşayış məntəqəsinin  sakini 49 yaşlı Qurban Cəfərov idarə etdiyi traktorun altında qalıb. Hadisə Şəmkir şəhəri İsmət Qayıbov küçəsində baş verib. Belə ki, Cəfərov idarə etdiyi traktorla həmin küçədəki yaşayış evlərinin birinə ot bağlaması gətirib. Bağlamaları həyətə yığmaq üçün nəqliyyat vasitəsindən düşən zaman onu işlək vəziyyətdə saxlayıb. Traktor hərəkət edərək qarşıdakı Qazel markalı nəqliyyat vasitəsinə çırpılıb. Bu zaman Qurban Cəfərov traktorun təkəri üzərinə çıxaraq hərəkəti məhdudlaşdırmaq istəyib. Lakin bu ehtiyatsızlıq onu ölümə aparıb. O, təkərin altında qalaraq, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

Gülnar Fazilqızı