• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 03.06.2017 23:40

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Range Rover markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.