• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 03.06.2017 19:00

Gəncədə yanğın olub

Yanğın hadisəsi Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin gülçülük sahəsində baş verib. Nəticədə qeyd olunan idarəyə məxsus gülçülük sahəsinin 1,5 hektar ərazisində qurumuş ot yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarətə götürülüb və ətrafda olan ağac və tikililərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. 

 

Elton Cabbarlı