• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 03.06.2017 11:55

Gəncədə bir qrup müəllim peşəkarlıq səviyyəsini göstərəcək sertifikat əldə edəcək

KepezTV Player

İki gün davam edən imtahanlar təlimlərdə iştirak edən müəllimlərin yekun qiymətləndirilməsinə imkan verəcək. Məlum olduğu kimi diaqnostik qiymətləndirmə nəticələrinə əsasən müvafiq bal toplayan müəllimlərin ixtisas artırma təlimlərinə start verilib. Fevral-May ayları ərzində Gəncənin ümumtəhsil məktəblərində çalışan 880 Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və ibtidai sinif müəllimi Təhsildə İnnovativ Texnologiyalar Əlavə Tədris Mərkəzi tərəfindən təlimlərə cəlb edilib. Həmin müəllimlər 120 saatlıq təlim proqramında iştirak ediblər. Nəticələr növbəti həftə məlum olacaq, düzgün cavab sayının qeyd olunduğu sertifikat isə iyun ayı ərzində veriləcək.

Namiq Nağıyev- Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun nümayəndəsi: “Müəllimlərə öz ixtisasları ilə bağlı təlimlərdə bir daha tədris olunmuş proqram əsasında hazırlanan 60 test sualı təqdim olunur, suallara 2 saat vaxt ayrılır. İmtahanların sonunda müəllimin topladığı balın əks olunduğu sertifikat veriləcək. Həmin göstərici müəllimin ixtisasartırma nəticəsində qazandığı biliyi, peşəkarlığı, inkişaf dinamikasının ölçüsüdür”.

Xəyalə Mürsəl