Standart Ferrari 488-in zavod istehsalı kifayət qədər yaxşı hesab edilsə də, Novitec Rosso mütəxəssisləri avtomobili daha da yaxşı etmək qərarına gəliblər. Superkar indi iri kuzov əldə edib ki, bu da onun bir qədər də aqressiv görünməsinə səbəb olub. Maşın tamamilə karbon lif materialından düzəldilib. Ferrari 488-ə 22 düymlük disklər geyindirilsə də, alçaq alınıb. Belə forma asmaların yenilənməsi sayəsində baş verib. Pnevmatik sistem klirensin artmasına gətirib çıxarıb, bununla da yollarda olan süni codlar və ya bordürlərdən keçmək asanlaşır. Tünerlər güc sisteminə də əl gəzdiriblər. 3,9 litrlik V8 tvin-turbo hazırda 772 at gücünə yiyələnib. Analoji göstərici əvvəlkindən 102 at gücü çoxdur.
Cavanşir Məmmədzadə
- Baxış: 361