• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 02.06.2017 18:43

Maşın dərəyə aşdı, ailənin 3 üzvü xəsarət aldı

KepezTV Player

Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza magistralın 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. “VAZ 2107” yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb.Onlar Bakı şəhər sakinləri 66 yaşlı İnqilab Nəcəfov, 62 yaşlı Lətifə Nəcəfova və 36 yaşlı Məhəmməd Nəcəfovdur. Hər üç şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.Fakt araşdırılır.

Zülfiyyə Telmanqızı