• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 02.06.2017 19:26

Külli miqdarda çətənə kolu aşkarlandı

KepezTV Player

Neftçala polisi rayon sakininin həyətyanı sahəsindən 148 ədəd narkotik tərkibli çətənə kolu aşkarlayıb. Belə ki, daxil olmuş məlumat əsasında Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin 6-cı məhəlləsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə tanışı Elçin Səfərova məxsus fərdi yaşayış evində 7 ildən artıq kirayədə qalan həmin məhəllənin sakini, 53 yaşlı Hicran Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Evin həyətyanı sahəsinə baxış keçirilən zamanı xüsusi hazırlanmış sahədə və yarımtikili altında 15-i dibçəkdə olmaqla, 148 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. İlkin dindirilmə zamanı Hicran Cəfərov törətdiyi əməli etiraf edib. Hal şahidlərinin iştirakı ilə çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq kisələrdə qablaşdırılıb və polis şöbəsinə aparılıb. Faktla bağlı Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı