• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 02.06.2017 13:01

Üzərində və evində narkotik vasitə saxlayanlar tutuldu

KepezTV Player

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Turqut Mikayılovdan 0,17 qram marixuana götürülüb. Ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Elxan Hüseynov da müəyyən edilərək tutulub.Ondan 4,24 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 404,42 qram marixuana aşkar edilərək götürülüb. Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Adil Ömərov da həmin səbəbdən saxlanılıb. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ömərovun yaşadığı evə baxış zamanı 60 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktlar aradşrılır.

 

Zülfiyyə Telmanqızı