• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 02.06.2017 12:52

Voleybolçularımızdan ardıcıl üçüncü qələbə

Bakıda qadın voleybolçular arasında keçirilən DÇ-2018-in E qrupunun seçmə oyunlarında III turun oyunları keçirilib. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız növbəti matçında Danimarka millisi ilə qarşılaşıb.

Faiq Qarayevin yetirmələri bu dəfə də asan qələbə qazanıblar - 3:0.

Bakı İdman Oyunları Sarayında keçirilən qrupun digər matçlarında Ukrayna – Norveçə, Hollandiya – İsrailə qalib gəlib.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

III tur

 

İsrail – Hollandiya - 1:3 (19:25, 11:25, 25:22, 15:25)

 

Azərbaycan – Danimarka - 3:0 (25:12, 25:14, 25:14)

 

Norveç – Ukrayna - 1:3 (21:25, 25:22, 14:25, 17:25)

 

Azad Rəfi