• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 02.06.2017 10:03

Yandeks özünün pilotsuz avtomobilini sınaqdan keçirdi

Yandeks pilotsuz avtomobilinin sınaqlarını çəkib göstərib. Videoda maşın ilanvari hərəkət edib, maneələri dəf edib, hətta onun yoluna çıxan furqondan və iki piyadadan yayınmağı bacarıb. Yandeks rəsmiləri bəyan ediblər ki, onların bu işi Rusiya şirkətinin özü tərəfindən sərbəst şəkildə həyata keçirilir. Aparat hissəsi tamamilə yerli məhsul olsa da, bəzi detallarda bir sıra xarici firmalar, məsələn Velodyne və Nvidia da əməkdaşlığa cəlb edilib. “Biz Yandeks. Naviqatordan aldığımız anonim məlumatlardan istifadə edirik. Onlar, tıxac, qəza, məhdudlaşdırılmış sürət və yollar bağlanan zaman necə hərəkət etməyə kömək edir”, - bunu Yandeksin nümayəndəsi Vladimir İsayev açıqlayıb və əlavə edib ki, onlar artıq bu texnologiyadan bir sıra servislərində yararlanırlar. Şirkət yeni layihə üzərində işləri davam etdirmək üçün tərəfdaş tapacağına ümid edir.

 

Cavanşir Məmmədzadə