KepezTV Player
Sərhədçi İdman Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Bakının açıq birinciliyi keçirilib. 300-dən çox cüdoçunun medallar uğrunda mübarizə apardığı yarış açıq xarakterli olduğundan bir çox şəhər və rayonların təmsilçiləri də tatami üzərinə çıxıb. Paytaxtdakı birinciliyə Gəncə cüdoçuları da qatılıb ki, onlardan Çingiz Əhmədov mükafatçılar sırasına düşə bilib. Gənc cüdoçu 73 kq-da fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. İki gün davam edən yarışda yer tutan idmançılar medal və diplomlarla mükafatlandırlıb.
Orxan Cəfərzadə
- Baxış: 360