• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 01.06.2017 14:34

1 iyun Beynəlxalq Uşaqlar Günü münasibətilə Gəncədə rəsm sərgisi təşkil edilib

KepezTV Player

Gəncədə yaradıcı uşaqlar da bu gündan sevinc payı alıb. 1 iyunla əlaqədar olaraq şəhər yaradıcılıq mərkəzində təşkil edilən rəsm sərgisi və nümayiş etdirilən bacarıqlı əl işləri maraqla qarşılanıb. Əyləncə-konsert proqramının iştirakçıları sırasında balaca fidanlar da olub. Uşaq yaradıcılıq Mərkəzinin, SOS Uşaq Kəndinin, Musiqi Məktəblərinin, Uşaq evlərinin istedadları və kollektivləri bir- birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ifa ediblər. Azyaşlıların iştirakı ilə intellektual yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. 


Aysun Qocayeva- rəssam: “Bu mənim ikinci sərgimdir. 20 şəklim nümayiş olunur. Daha çox o güldandakı gül şəklini sevirəm”.

Altun Süleymanov-  ifaçı: “Bura iştirakçı kimi qatılıram, vokal ifaçısıyam. Emin Sabitoğlunun “Can Azərbaycan” mahnısını ifa etdim. Arzu edirəm ki, dünyanın heç bir yerində uşaq əməyi istismar olunmasın”.

Könül Zeynalova- koordinator: “Beynəlxalq Uşaq Hüquqlarınən Müdafiəsi Günü münasibətilə bütün balacaları təbrik edirik. Bu gün SOS uşaq kəndi və Körpələr Evindən qonaqlarımız var, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlara xüsusi qayğı göstəririk”.

Xəyalə Mürsəl