• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2343
— 01.06.2017 13:20

Gürcüstandan gətirilən 38 telefon müsadirə olunub

KepezTV Player

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında isə "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21 074 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində gömrük nəzarətindən gizlədilən 38 ədəd mobil telefon, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib. Fakt araşdırılır.

Zülfiyyə Telmanqızı