• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 01.06.2017 23:18

Evindəki yanğını söndürərkən xəsarət aldı

KepezTV Player

Ağdam rayon sakini yanıq xəsarəti alıb. Hadisə Quzanlı qәsәbәsindә qeydə alınıb. Qəsəbə sakini Hafiz İbrahimov alışan evini söndürmәk istәyәrkən özü yanıb. Ağdam Mәrkәzi Rayon Xәstәxanasına çatdırılan  34 yaşlı kişiyə 2-ci dәrәcәli yanıq xәsarәti diaqnozu qoyulub. Hadisә yerinә cәlb olunan FHN əməkdaşları alovun digər tikililәrә keçmәsinin qarşısını alıblar. Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yararsız hala düşüb.

Bakıda da yanğın baş verib. Elektron Hesablama Maşınları Zavodunun arxa tərəfində yerləşən, istifadə edilməyən dördmərtəbəli bina alışıb. Hadisə barədə FHN əməmkdaşlarına ətraf ərazilərdə yaşayan sakinlər məlumat veriblər. Bir neçə yanar maddə ətrafdakı evlərin damlarına düşüb. Təşvişə düşən qonşular bəzi əşyalarını həyətə çıxarıblar. Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub, yanğın tezliklə söndürülüb.

Zülfiyyə Telmanqızı