Belarusun paytaxtı Minskdə keçirilən şahmat üzrə 18-ci Avropa Çempionatının birinci turu arxada qalıb. Açılış turunda 180-dən çox qrossmeyster çıxış edib. Təmsilçilərimizdən Arkadi Naydiç və Nicat Abbasov qələbə qazanıb. Digər iti zəka sahiblərimiz Rauf Məmmədov, Eltac Səfərli, Rəvan Əliyev və Nərmin Xələfova ilk turda xalları rəqibləri ilə yarı bölüblər. 38 ölkədən 400-ə yaxın şahmatçının iştirak etdiyi çempionat İsveçrə sistemi üzrə 11 turdan ibarətdi.
Orxan Cəfərzadə
- Baxış: 336