• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 01.06.2017 12:44

Millimiz ikinci qələbəsini qazandı

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda reallaşan E qrupunun seçmə oyunlarında II turu keçirilib. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız da ikinci matçına çıxıb.İlk görüşdə Norveç millisini darmadağın edən Faiq Qarayevin yetirmələri növbəti qarşılaşmada Ukrayna ilə üz-üzə gəlib.  Bakı İdman Oyunları Sarayında baş tutan matçda voleybolçularımız əsas rəqiblərdən hesab olunan ukraynalılara "dərs keçib". Yığmamız set vermədən qələbə qazanıb - 3:0.Günün ilk görüşündə isə qrupumuzun digər favoriti Hollandiya Norveçə,  

İsrail - Danimarkaya eyni hesabla qalib gəlib.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

II tur

Danimarka – İsrail - 0:3 (22:25, 19:25, 18:25)

Hollandiya – Norveç - 3:0 (25:11, 25:14, 25:13)

Ukrayna – Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)

 

Azad Rəfi