• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 01.06.2017 10:36

MegaBots şirkəti nəhəng döyüş robotunun son versiyasını göstərdi

MegaBots adlı Amerika şirkəti insanabənzər nəhəng MegaBot Mk.III robotunu tam hazırlayıb. O, Yaponiyanın Suidobashi Heavy Industry şirkətinin mütəxəsissləri tərəfindən düzəldilən Kuratas robotu ilə döyüşəcək. Robotun çəkisi 12 ton, boyu 4,9 metrdir. Onu 430 at güclü mühərrik hərəkətə gətirir. Sərgi çərçivəsində MegaBot Mk.III robotu bir neçə dəfə sağ əli ilə havaya, daha sonra yüngül avtomobilə zərbə vurub. Videoçarxdan da göründüyü kimi robot çox ləngdir. Məsələyə aydınlıq gətirən MegaBots rəsmiləri bildiriblər ki, onlar robotlarının bütün imkanlarını tam göstərmək istəməyiblər.

Cavanşir Məmmədzadə