Concorso d'Eleganza Villa d'Este dizayner sərgisində Böyük Britaniya şirkəti Rolls-Royce yeni Sweptail layihəsini təqdim edib. Ekstravaqant kupe xüsusi olaraq konktret bir sifarişçi üçün hazırlanıb. Bilinən odur ki, müştəri Sweptail avtomobilinin xarici görünüşünün müəllifidir və maşının istehsalında yaxından iştirak edib. Mühəndislər 30-cu illərdəki kupe avtomobillərindən ilhamlanıblar. Avtomobilin ən ekstravaqant hissəsi oxvari şəkildə olan arxa tərəfi hesab edilir. Maşında dam tamamilə panoram alınıb, orijinal bamperlər quraşdırılıb, arxa və qabaqda 08 rəqəmi yazılıb. İnteryer haqqında məlumat azdır. Deyilənə görə, içəridə dəri, ağac, metal və şüşə materiallarından istifadə olunub. Rolls-Royce Sweptail-in ortaya çıxması üçün 4 il vaxt gedib. Yeni maşının qiyməti rəsmi şəkildə açıqlanmasa da, şirkət rəhbəri Torsten Müller-Otvos, Sweptail avtomobilinin sifarişçiyə təxminən 12 milyon avroya başa gəldiyini bəyan edib. Bu isə o deməkdir ki, Rolls-Royce Sweptail dünyanın ən bahalı maşınıdır.
Cavanşir Məmmədzadə
- Baxış: 489