• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 31.05.2017 19:18

Həyətində çətənə kolları yetişdirən Saatlı sakini saxlanılıb

KepezTV Player

45 yaşlı Rzayev Faiq Ağabala oğlunun yaşadığı Cavanşir küçəsi ev 3 ünvanında yerləşən həyətyanı sahədə narkotik tərkibli çətənə kolları yetişdirdiyi məlum olub.  Həmin həyətdə yerləşən yarımtikilidə 61 ədəd, hündürlüyü 1,8 -2,0 metr olan kultivasiya yolu ilə yetişdirilən və qulluq edilən narkotik vasitə olan çətənə kolları aşkar olunaraq götürülüb. Həmçinin onun yaşadığı evə baxış keçirilərkən oradan kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana  tapılıb. Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı