• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 31.05.2017 19:00

Yol qəzaları xəsarətlərlə nəticələndi

KepezTV Player

 İki piyadavurma hadisəsi baş verdi. Sürücülərdən biri yaralını xəstəxanaya özü apardı, digər hadisədə isə uşağı vuran avtomobilin sükanı arxasındakı səxş qəza yerindən qaçdı. Bundan başqa, toqquşan 3 maşının sürücüləri davaya çıxdılar. İndi təfərrüatları biləcəksiniz.

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Lexus” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı maşına çırpılıb. Sonuncu avtomobil yolun əks tərəfi ilə hərəkət edən “Hyundai”ə dəyib. Qəza zamanı 3 nəfər xəsarət alıb. Şahidlərin dediyinə görə, hadisədən sonra sürücülər arasında əlbəyaxa dava olub. Nəticədə 26 yaşlı Turab Hüseynov döyülüb. Sabunçu rayonu Kürdəxanı qəsəbəsində “Opel” markalı avtomobil yolu keçmək istəyən 36 yaşlı Afaq Qarayevanı vurub. Sürücü yaralını başqa avtomobillə xəstəxanaya aparıb. Açıq kəllə-beyin travması alan qadının vəziyyəti ağırdır. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Avtomobil cərimə meydançasına aparılıb. Sürücünün ifadəsi alınıb. Səbail rayonu Bayıl qəsəbəsi, Şahlar Allahverdiyev küçəsində isə “Mercedes” markalı avtomobil qəfil anası Nərminə Əhmədovanın əlindən qaçaraq yola çıxan beş yaşlı Mədinəni vurub. Xəsarət alan uşağ 1 saylı xəstəxanaya yerləşdirlib. Onun sağ ayağı iki yerdən sınıb. Baş və qol nahiyələrindən də zədə alıb. Hazırda vəziyyəti normaldır. Usagin babasi Nizami Əhmədovun dediklərinə görə, hadisəni törədən şəxs yaraliya kömək etmək əvəzinə oradan qacaraq uzaglasib. Faktlar araşdırılır.
 

Zülfiyyə Telmanqızı