• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 31.05.2017 12:59

Ronaldu dünyanın ən məşhuru oldu

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub. Bu barədə araşdırmanı ABŞ-ın ESPN telekanalı aparıb. Amerikalı jurnalilistlərin bir çox ölkələrdəki mütəxəssislərin köməyi ilə apardığı sorğunun nəticəsinə görə, portuqaliyalı futbolçu basketbolçu Lebron Ceyms və "Barselona"nın forvardı Lionel Messini üstələyib. İdmançıların NBA ulduzu xüsusi formulla müəyyənləşdirilib. Bu zaman gəlirlər, sosial şəbəkələrə təsir və "Google" axtarış sistemindəki sorğular nəzərə alınıb. İlk 100-lükdə hamıdan çox - 38 nəfər futbolu təmsil edir.

 

Dünyanın ən populyar idmançıları (ilk 10-luq):

1. Kriştianu Ronaldu (futbol)

2. Lebron Ceyms (basketbol)

3. Lionel Messi (futbol)

4. Roje Federer (tennis)

5. Fil Mikelson (qolf)

6. Neymar (futbol)

7. Useyn Bolt (atletika)

8. Kevin Dürant (basketbol)

9. Rafael Nadal (tennis)

10. Tayger Vuds (qolf)

 

 

Orxan Cəfərzadə