Bakıda DÇ-2018-in qadın voleybolçular arasında seçmə oyunları başlayıb. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda 6 komanda mübarizə aparır.
E qrupunun oyunları çərçivəsində Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması ilk oyunda Norveçlə qarşılaşıb. Millimiz seçmə mərhələyə qələbə ilə başlayıb - 3:0.
Qarşılaşmanın bombardiri Yelizaveta Səmədova olub. O, 18 xal qazanıb. Səmədova, həmçinin ən yaxşı hücumçu və topu oyuna ən yaxşı daxil edən oyunçu nominasiyasında da birinci olub.
Bakı İdman Oyunları Sarayında keçirilən qrup oyunlarında əsas rəqiblərimizdən Ukrayna - İsrail millisini, Hollandiya - Danimarkanı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
E qrupu
I tur
İsrail - Ukrayna - 0:3 (22:25, 20:25, 11:25)
Danimarka – Hollandiya - 0:3 (12:25, 13:25, 9:25)
Azərbaycan - Norveç - 3:0 (25:15, 25:10, 25:6)
Azad Rəfi
- Baxış: 277