• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 31.05.2017 10:01

Ka-62 vertolyotu ilk uçuşunu həyata keçirdi

Rusiya istehsalı olan çoxşaxəli Ka-62 vertolyotunun ilk tam uçuşu həyata keçirilib. Yeni uçan aparat havada 15 dəqiqə dolaşıb. Bu vaxt ərzində vertolyot 110 km/saat sürətlə hərəkət edib. Pilotlar Ka-62-nin iş qabiliyyətini və əsas elektro təchizat sistemlərinin funksiyalarını, bort avadanlığını və güc sistemini yoxlayıblar. Ümumilikdə vertolyotun ilk uçuşu uğurlu qiymətləndirilib. Sınaqla bağlı videoçarxı Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin öz feysbuk səhifəsində paylaşıb. Ka-62 üzərində işlər 2011-ci ildən aparılır. Yeni vertolyotun çəkisi 6,5 ton, yük qaldırma qabiliyyəti isə 2,5 tondur. Uçan aerodinamik aparat maksimum 15 sərnişin daşıya bilər. Ka-62-nin ən yüksək sürəti isə saatda 308 kilometrə çatır və bir dəfəyə 770 kilometr məsafə qət edir.

 

Cavanşir Məmmədzadə