• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 31.05.2017 13:03

Polis tərəfindən xeyli miqdarda marixuana aşkar edilərək götürülüb

KepezTV Player

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər dəmir yolu stansiyası ərazisində şəhər sakini Akif Abdullayevdən 2 kiloqram 32 qram marixuana aşkar edilərək götürülüb. Qax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Qazma kənd sakinləri Azər Əliyev və Elman Balagözov tərəfindən Qarabaldır kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilən 93 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Ağstafa RPŞ-nin əməkdaşları da əməliyyat tədbirləri keçirib. Poylu kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 5 ton 320 kiloqram olan 4 min 903 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Bütün faktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı