• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 31.05.2017 12:55

Evlərdən oğurluq edən şəxs yaxalandı

KepezTV Player

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən martın 31-də rayon ərazisindəki evlərdən birindən oğurluq edən şəxs saxlanılıb. Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz İbrahimov 400 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək tutulub. Ətrafında aparılan tədbirlərlə onun fevralın 28-də Tovuz rayonu ərazisində daha bir evdən pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib. Faktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı