• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 31.05.2017 13:23

Yol qəzaları iki nəfəri xəstəxanalıq etdi

KepezTV Player

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yol- nəqliyyat hadisəsi baş verib. Qəsəbədən şəhər istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən 36 yaşlı Afaq Qarayevanı vurub. Sürücü yaralını başqa avtomobillə xəstəxanaya gətirib. Açıq kəllə-beyin travması alan qadının vəziyyəti ağırdır. Hadisə yerində polis əməkdaşları olublar. Avtomobil cərimə meydançasına aparılıb. Sürücünün ifadəsi alınıb. Şəkinin Aydın Məmmədov və Ziya Bünyadov küçələrinin kəsişməsində də yol qəzası meydana gəlib. “VAZ 2107” gözləmədən eyni markalı digər minik maşınının yoluna çıxıb. Qəza nəticəsində 21 yaşlı Nicat Yusifov xəsarət alıb. O, Şəki MRX-ya çatdırılıb. Faktla əlaqədar cinayət işi başlanıb

Zülfiyyə Telmanqızı